ABŞ MDB-dən olan miqrantların deportasiyasına başladı

Dünya

11.06.2024 11:59

ABŞ-nin Kaliforniya ştatının polisi Rusiya, Gürcüstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Moldovadan olan miqrantların deportasiyasına başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Qeyd olunub ki, 100-dən çox digər ölkədən olan qanunsuz miqrant saxlanıldıqdan sonra növbəti məhkəmə prosesinədək sərbəst buraxılacaq.

Bir qədər əvvəl Ağ Evin Mətbuat Xidməti Prezident Cozef Baydenin sərhədi qeyri-qanuni keçən şəxslərə sığınacaq verilməsini qadağan edən qanunu imzaladığını açıqlayıb.

tag: ABŞ, MDB, Miqrant, Kaliforniya,Cozef Bayden, todaypress.az,