ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başladı

Dünya

15.05.2025 07:13

9

ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun Suriyaya qarşı daha əvvəl tətbiq etdiyi sanksiyaların ləğvi prosesinə başlayıb.

TodayPress-in xəbərinə görə, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent “X” sosial şəbəkəsində məlumat verib.

“Maliyyə Nazirliyi vəziyyəti sabitləşdirmək və Suriyanın sülhə doğru irəliləməsinə kömək etmək üçün sanksiyaları yumşaltmaq üçün addımlar atır” o yazıb.

ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-Amerika investisiya forumunda çıxışı zamanı bildirib ki, Vaşinqton Suriyaya qarşı sanksiyaları dayandıracaq.

tag: ABŞ, Sanksiya, Suriya, Maliyyə Naziri, todaypress.az,