ABŞ Maduroya amnistiya təklif etdi
Dünya
11.08.2024 16:02
ABŞ gizli danışıqlar zamanı Venesuela prezidenti Nikolas Maduroya və onun tərəfdarlarına 2025-ci ilin yanvarında səlahiyyət müddəti bitmədən istefa verməsi müqabilində amnistiya təklif edib.
TodayPress xəbər verir kii, bu barədə “ The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ Ədliyyə Departamentinin 2020-ci ildə Maduroya və digər Venesuela hökumət rəsmilərinə qarşı irəli sürdüyü narkotik terrorizmində iştirak ittihamlarından azad olmasından gedir.
Qəzet yazır ki, Birləşmiş Ştatlar iyulda keçirilən prezident seçkilərində Maduronun məğlubiyyətinə dair inandırıcı sübutların olduğuna əmin olduğu üçün amnistiya təklifi edib.
Mənbələrin məlumatına görə, ABŞ hələ 2023-cü ildə Dohada gizli danışıqlar zamanı prezidentə eyni şərtlərlə amnistiya təklif edib, lakin Maduro bundan imtina edib və o vaxtdan bəri onun mövqeyi dəyişməyib.
Ehtimal olunur ki, 2024-cü ilin noyabrında ABŞ-də prezident seçkilərində Donald Tramp qalib gəlsə, eks-prezident Maduroya qarşı aqressiv siyasətini bərpa edə və danışıqları poza bilər.
Günəş Mərd
tag: Maduro,ABŞ,amnistiya,təklif,prezident,todaypress.az,ittiham,narkotik,