ABŞ Maduronu yox, Qonzalesin qələbəsini tanıdı

Dünya

02.08.2024 09:45

ABŞ müxalifət lideri Edmundo Qonzales Urrutianı prezident seçkilərinin qalibi kimi tanıyıb və Venesuelada hakimiyyətin dinc yolla ötürülməsinə çağırış edib. 

TodayPress xəbər verir ki, bu barədə bəyanatı ABŞ dövlət katibi Antoni Blinken bildirib. 

Onun sözlərinə görə, Venesuelada keçirilən prezident seçkilərində bülletenlərin emalı zamanı ciddi səhvlərə yol verilib və elan edilən nəticələr Venesuela xalqının iradəsini əks etdirmir.

ABŞ dövlət katibi qeyd edib ki, Milli Seçki Şurası (CNE) sübut təqdim etmədən Venesuelanın hazırkı prezidenti Nikolas Maduronu qalib elan edib. Səslərin 100%-nin hesablanmasının nəticələrinə dair məlumatlar hələ dərc olunmayıb. Bu da elan olunan nəticənin həqiqiliyini şübhə altına salır.

Qeyd edək ki, iyunun 28-də Venesuelada prezident seçkilərinin nəticələri elan edildikdən sonra kütləvi etirazlar başlayıb.

Ölkənin ən ali siyasi postu uğrunda 10 nəfər mübarizə aparıb.

Səsvermənin nəticələrinə görə, hazırkı prezident Maduro qalib gəlib, lakin müxalifət səsvermənin nəticələrini tanımaqdan imtina edib. 

Günəş Mərd

tag: ABŞ, Madura, Venesuela, Prezident, Seçki,todaypress.az,