ABŞ Macarıstanı silahlı əməliyyatla bağlı xəbərdar etdi

Dünya

22.10.2024 10:30

Birləşmiş Ştatlar Macarıstana xəbərdarlıq edib ki, bir qrup gənc internetdə oktyabrın 23-də, 1956-cı il Macarıstan üsyanının başlanmasının ildönümü münasibətilə silahlı aksiya keçirəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Telex” Macarıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Onlayn qrupda gənclər yaxın gələcəkdə mühafizə olunan şəxslərin iştirakı ilə planlaşdırılan aksiyadan danışırlar” deyə hökumətin informasiya mərkəzi qeyd edib.

Amerika kəşfiyyatı bir qrup insanın 1956-cı il Müstəqillik Müharibəsinin ildönümündə mümkün silahlı aksiyaya hazırlığı barədə məlumat əldə edib.

Töhfə Səməd

tag: Macarıstan, Amerika, Müstəqillik, Əməliyyat, Silahlar, todaypress.az,