ABŞ Macarıstana qarşı sanksiyaları ləğv edəcək
Dünya
27.01.2025 09:20
ABŞ-nin yeni administrasiyası Macarıstana qarşı tətbiq edilən sanksiyaları ləğv edəcəyinə söz verib.
TodayPress xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto "Facebook"da məlumat yayıb.
Siyarto yanvarın 26-da ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb. Nazirin sözlərinə görə, söhbət zamanı Rubio ölkələr arasında münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu bildirib.
Siyarto yazıb: "Bura qisas kimi qəbul edilmiş əvvəlki tədbirlərin Birləşmiş Ştatlar tərəfindən ləğv edilməsi də daxildir".
Qeyd edək ki, bundan əvvəl Siyarto Macarıstanın Baş naziri Antal Roqanın kabinet rəhbərinin ABŞ-nin sanksiya siyahısına daxil edilməsini postunu tərk edən Amerika səfiri Devid Pressmanın şəxsi qisası adlandırmışdı.
Günəş Mərd
tag: Siyarto,Macarıstan,Baş nazir,Səfir,Todaypress.az,