ABŞ-li senator: “İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşa bilər”
“İlin sonunadək İsrail və Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin normallaşması haqqında razılaşma əldə oluna bilər”.
TodayPress-in “Reuters“ə istinadən xəbərinə görə, bunu ABŞ-nin “Respublikaçılar” partiyasından olan senator Lindsi Qrem deyib.
O, sözügedən məsələni İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirə etdiyini də bildirib:
“Düşünürəm ki, bu məsələ Co Baydenin də diqqətindədir, lakin vitse-prezident Kamala Harris iki dövlətin əlaqələrinin normal məcraya yönəlməsini istəmir”.
Kamala Harrisin seçki kampaniyasının milli təhlükəsizlik üzrə müşaviri Morqan Finkelşteyn isə bu iddiaları təkzib edib. O, bildirib ki, K.Harris bu istiqamətdə tarixi razılaşmanın istiqamətindəki bütün səyləri dəstəkləyir.
tag: İsrail, Baş Nazir, Benyamin, Harris, todaypress.az,