ABŞ kosmosda da qalib gəlmək istəyir
ABŞ Kosmik Qüvvələri yeni strategiyasını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Breaking Defense" məlumat yayıb.
Bildirilir ki, kosmosda üstünlük əldə etmək, ABŞ-nin hərbi qüvvələrinin effektivliyini təmin etmək üçün əsas şərtdir.
Kosmosda üstünlük, ABŞ-nin hərbi qüvvələrinə təhdidlərdən maneəsiz şəkildə fəaliyyət göstərməyə imkan verəcək.
Bu üstünlük müharibədə qalib gəlmək üçün ilkin şərt olaraq müəyyən edilib və ABŞ üçün kritik əhəmiyyət daşıyır.
Türkan İsgəndərli
tag: ABŞ,Kosmos,Rəqabət,Qələbə,Todaypress.az,