ABŞ koronavirusun əsas mənşəyini bəyan etdi
ABŞ prezidenti Donald Trampın administrasiyası Ağ Evin rəsmi saytında SARS-CoV-2 virusunun Çindəki tədqiqat laboratoriyasında sızma nəticəsində yarandığını bəyan edib.
TodayPress xəbər verir ki, ABŞ federal hökuməti rəsmi olaraq 7 milyon insanın ölümünə səbəb olan qlobal pandemiyanın əsas izahında bunun laboratoriya mənşəyi olduğunu elan edib.
Məlumata görə, virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olduğu və bütün COVID-19 hadisələrinin bir mənbədən gəldiyi deyilir.
Ağ Evdən qeyd edilib ki, bu, çoxsaylı epidemiyaları əhatə edən keçmiş pandemiyaların dinamikasına ziddir.
tag: ABŞ,Çin,Koronavirus,Mənşə,Todaypress.az,