ABŞ, Koreya və Yaponiya raket əleyhinə potensialını gücləndirəcək
Dünya
16.11.2024 08:54
ABŞ, Koreya Respublikası və Yaponiya
raketdən müdafiə potensialını gücləndirmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə ABŞ və Cənubi Koreya
prezidentləri Cozef Baydenlə Yun Sok Yol, eləcə də Yaponiyanın Baş naziri
Siqeru İsibanın üçtərəfli görüşün yekunları üzrə Lima (Peru) şəhərində
keçirilən Asiya-Sakit Okean İqtisadi əməkdaşlıq sammiti çərçivəsində qəbul
edilmiş birgə yazılı bəyanatında deyilir.
"ABŞ, Koreya Respublikası və Yaponiya Koreya Xalq
Demokratik Respublikasının (KXDR) raket buraxılışları üzrə real vaxt rejimində
məlumat mübadiləsi, eləcə də ballistik raketlərdən müdafiə potensialımızı
gücləndirməyə yönəlmiş qarşılıqlı fəaliyyət vasitəsilə silahlı qüvvələrin
üçtərəfli əməliyyat uyğunluğunu artırır" Ağ Evin Mətbuat xidməti
tərəfindən açıqlanan sənəddə qeyd olunur.
Həmçinin vurğulanır ki, üçtərəfli qarşlıqlı müdafiə
fəaliyyəti genişlənir. Silahlı qüvvələrin baş qərargah rəisləri və nazirlər
səviyyəsində indi illik görüşləri əhatə edəcək. Beləliklə, söhbət mövcud yüksək
səviyyəli siyasi məsləhətləşmələrin, məlumat mübadiləsinin, üçtərəfli təlimlərin
və hərbi mübadilənin miqyasının artırılmasından gedir.
tag: Yaponiya, Koreya, ABŞ, Raket, Bayden, todaypress.az,