ABŞ Konqresinin nümayəndə heyəti Tayvana gəldi

Dünya

11.08.2024 10:44

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvlərindən ibarət nümayəndə heyəti Tayvana səfərə gəlib.   

TodayPress xəbər verir ki, bu barədə Tayvanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Nümayəndə heyəti dörd qadın parlamentaridən ibarətdir:  Merilin Striklend, Culiya Braunli, Cil Tokuda və Yasemin Kroket.   

Onların avqustun 11-dən 15-dək Tayvanda qalacaqları qeyd edilir.  Bəyanatdan məlum olur ki, Amerika nümayəndələrini Tayvanın Baş Qərargah rəisi Lai Qingde, onun müavini Xiao Meiqin və xarici işlər naziri Lin Jialunq qəbul edəcək.

Onlar tərəflər arasındakı əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edəcəklər.   

Qeyd edək ki, bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Tayvanın Çinin bir hissəsi olduğunu və heç vaxt ayrıca dövlət olmayacağını bildirmiş, Blinken Tayvanı dəstəklədiyini açıqlamışdı. 

Günəş Mərd    

tag: Tayvan,Çin,ABŞ,nümayəndə,todaypress.az,