ABŞ Konqresinin binası təhdid məktubuna görə boşaldıldı
Dünya
07.12.2024 10:27
Dekabrın 6-da Kaliforniyanın Sakramento şəhərindəki Kapitol binası təhdid məktubuna görə boşaldılıb.
TodayPress xəbər verir ki, bu barədə Kaliforniya polisi "X" sosial şəbəkəsində məlumat verib.
“Təhlükəli e-poçt dekabrın 6-da Kaliforniya Ştat Kapitoluna daxil olub. Kapitol müvəqqəti olaraq boşaldılıb” deyə mesajda bildirilib.
Qeyd olunur ki, yoxlamadan sonra hüquq-mühafizə orqanları binada hər hansı təhlükə mənbəyi aşkar etməyib.
Töhfə Səməd
tag: Kaliforniya,Sakramento,Kapitol,Ştat ,Bina,todaypress.az,