ABŞ Konqresi Trampı prezident kimi qorumağa çağırdı

Dünya

17.09.2024 22:56

ABŞ konqresindəki respublikaçılar  prezidentliyinə namizəd Donald Trampı ABŞ-nın hazırkı lideri Cozef Bayden kimi təhlükəsizlik və müdafiə ilə təmin etməyə çağırıb.

TodayPress xəbər verir ki, bu barədə “Fox News” xəbər verib.

“Biz Birləşmiş Ştatların Məxfi Xidmətindən aşağıdakı tədbirləri görməsini xahiş edirik. Siz cənab Trampı hazırkı prezident Baydenə verilən mühafizə səviyyəsi ilə təmin etməlisiniz” Telekanal respublikaçı konqresmenlərin məktubunun mətninə istinadən bildirilib.

Qanunvericilər həmçinin Məxfi Xidmətdən Trampa qarşı sui-qəsd cəhdləri və agentliyin siyasətçini gələcək potensial təhlükələrdən effektiv şəkildə necə qorumağı planlaşdırdığı barədə Konqres üzvlərinə xüsusi brifinq təqdim etməyi xahiş ediblər.

Aynur TAC

tag: ABŞ, Tramp, Co Bayden, Sui- Qəsd,todaypress.az,