ABŞ Kiyevə milyonluq silah satacaq - Müqavilə İMZALANDI
ABŞ Ukrayna ilə təbii sərvətlərlə bağlı müqavilə imzaladıqdan sonra Kiyevə 50 milyon dollar dəyərində silah satmaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Çatdırılma birbaşa satış yolu ilə həyata keçiriləcək.
Nəşr yazır ki, bu, Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından sonra belə bir əməliyyat üçün ilk icazədir.
Əvvəlki yardımdan fərqli olaraq, yeni çatdırılmalar kommersiya əsasında həyata keçiriləcək. Bu halda hərbi yardımı ABŞ-nin Ukrayna ilə ümumi investisiya fonduna töhfəsi kimi hesab etməyə imkan verən faydalı qazıntılar üzrə sövdələşmə mexanizmindən istifadə edilib-edilməyəcəyi dəqiqləşdirilməyib. Kiyevə verilməli olan xüsusi silah növlərinin adı açıqlanmır.
Xatırladaq ki, mayın 1-nə keçən gecə ABŞ və Ukrayna təbii sərvətlərə dair saziş imzalayıblar. Tam mətn hələ dərc edilməyib. KİV-in məlumatına görə, sənəd Ukrayna üçün birbaşa təhlükəsizlik zəmanəti vermir, lakin ABŞ-nin gələcək hərbi yardımını Vaşinqtonun ümumi investisiya fonduna töhfəsi kimi hesab etməyə imkan verir.
Töhfə Səməd
tag: ABŞ ,Ukrayna,Kiyev,Donald Tramp,todaypress.az,