ABŞ Kiyevə "F-16" avadanlığının mümkün satışını təsdiqlədi

Dünya

11.12.2024 07:34

ABŞ Dövlət Departamenti" F-16" qırıcıları üçün müxtəlif avadanlıqların və ümumilikdə 266,4 milyon dollar dəyərində əlaqəli xidmətlərin Kiyev hökumətinə potensial satışına icazə verib.

TodayPress xəbər verir ki, bu barədə  Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi  bildirib.

"Dövlət Departamenti təxmini dəyəri 266,4 milyon dollar dəyərində" F-16" saxlanma xidmətləri və müvafiq avadanlığın Ukrayna hökumətinə mümkün Xarici Hərbi Satışını təsdiqləyən qərar qəbul edib" məlumatda bildirilib.

Bəyanatda deyilir ki, bundan əvvəl Kiyev hökuməti Vaşinqtondan bu döyüş təyyarələri üçün müxtəlif avadanlıq və ehtiyat hissələri almaq üçün icazə istəyib.

Aynur TAC

 

tag: ABŞ, F-16, Kiyev, Ukrayna, Silah, Hərbi, todaypress.az,