ABŞ İsveçdən raket buraxacaq
Dünya
31.01.2025 14:33
Amerikanın “Firefly Aerospace” şirkəti 2026-2027-ci illərdə İsveçdəki “Esrange” kosmodromundan “Alpha” raketlərinin buraxılmasına başlayacaq.
TodayPress xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb.
Raketlərin buraxılmasına 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlanılacaq.
Raket buraxılışlarının coğrafiyasının genişləndirilməsi şirkətin sərəncamında olan digər sınaq meydançalarının iş yükü ilə əlaqələndirilib.
“Firefly Aerospace” “Esrange” kosmodromu ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb.
Üstəlik, “Firefly Aerospace” 2026-cı ilin birinci rübündə Virciniya ştatında yerləşən “Wallops” kosmodromundan da raketlərin buraxılmasına başlamağı planlaşdırıb.
Nicat Osman
tag: Kosmodrom,ABŞ,Raket,Ştat,Todaypress.az,