ABŞ İsrailin Livan və Qəzzadakı əməliyyatlarını pislədi

Dünya

20.09.2024 01:34

ABŞ hakimiyyəti İsrailin Qəzza zolağı və Livandakı hərbi əməliyyatlarını pisləyib.

 

TodayPress xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq brifinqdə bildirib

 

“Livandakı hərbi əməliyyatlar və ya Qəzzada baş verən hücum əməliyyatlarını dəstəkləmirik. Biz İsrailə lazım olarsa, özünü müdafiə etmək üçün dəstək verəcəyik” məlumatda bildirilib.

 

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə münaqişənin deeskalasiyasına mane ola biləcək hərəkətlərə qarşıdır.

 

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin müharibənin yeni mərhələsinə qədəm qoyduğunu açıqlamışdı.

 

“Bu, müharibənin yeni mərhələsidir, onun mühüm imkanları, eyni zamanda əhəmiyyətli riskləri var. Hərbi əməliyyatlarımızın davamlılığı davam edəcək” o bildirib.


Aynur TAC

tag: ABŞ, Qəzza, İsrail, Livan, Pentaqon,todaypress.az,