ABŞ İsrailə və Livana qoşun yeritməyə başladı

Dünya

28.06.2024 03:00

ABŞ Silahlı Qüvvələri (AF) İsrail və Livanın "Hizbullah" hərəkatı arasında qarşıdurma kəskinləşdiyinə görə öz vətəndaşlarını təxliyə etmək üçün hərbi personalını Livan və İsrailə köçürməyə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə "NBC News"məlumat yayıb .

Nəşrdə qeyd edilir ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki müttəfiqləri ilə mümkün təxliyələri və istənilən hərbi əməliyyatları koordinasiya etmək üçün danışıqlar aparır.

Xatırladaq ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin İsraillə "Hizbullah" hərəkatı arasında mümkün genişmiqyaslı müharibənin bütün Yaxın Şərq üçün dəhşətli sonluqla nəticələnəcəyini bildirmişdir. 

GÜNEL

tag: ABŞ, İsrail, Hizbullah, Qoşun, todaypress.az,