ABŞ İsrailə silah tədarükünü dayandırmaqla hədələdi
ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri
Lloyd Ostin Qəzza zolağındakı humanitar vəziyyətə görə İsrailə silah embarqosu
tətbiq etməklə hədələyiblər.
TodayPress xəbər verir ki, bu barədə Amerika rəsmilərinin
məktubunda qeyd olunub.
"Biz indi Qəzzada humanitar vəziyyətin pisləşməsi
ilə bağlı ABŞ hökumətinin dərin narahatlığını vurğulamaq üçün yazırıq" məlumatda
qeyd olunub.
Qeyd olunur ki, Blinken və Ostin vəziyyəti düzəltmək
üçün İsrailə bir ay vaxt verib.
ABŞ-nın yüksək rütbəli rəsmiləri oktyabrın 13-də İsrailin strateji planlaşdırma naziri Ron Dermer və müdafiə naziri Yoav Qalanta məktub göndəriblər. Vaşinqton sentyabr ayında Qəzzaya humanitar yardımın həcminin azalmasından narahatlığını ifadə edib.
Aynur TAC
tag: Qəzza, İsrail, ABŞ,Blinken, Ostin, todaypress.az,