ABŞ İsrailə milyardlar dəyərində silah satmaq istəyir

Dünya

04.01.2025 09:43

2235

ABŞ Dövlət Departamenti qeyri-rəsmi olaraq Konqresə İsrailə 8 milyard dollarlıq silah satışı ilə bağlı məlumat verib.

TodayPress xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Nümayəndələr Palatasının və Senatın Xarici Əlaqələr Komitələri tərəfindən təsdiq edilməli olan silah satışına havadan gələn təhdidlərdən müdafiə üçün AIM-120C-8 AMRAAM hava raketləri daxildir” deyə məlumatda qeyd olunub.

Qeyd edilib ki, paketə artilleriya mərmiləri və Hellfire AGM-114 raketləri, həmçinin kiçik diametrli bombalar, JDAM dəstləri və qoruyucular daxil edilə bilər.

tag: ABŞ, İsrail, Silah, Raket, todaypress.az,