ABŞ İsrailə çox sayda hərbi təyyarə göndərəcək
ABŞ İsrailin İrana qarşı müdafiəsinə kömək etmək üçün Yaxın Şərqə daha çox hərbi təyyarə göndərəcək.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
ABŞ-nin adını açıqlamayan hərbi nümayəndəsi bildirib ki, Yaxın Şərqdəki ABŞ qüvvələri hazır olmaq və müttəfiqlərini İran və ya onun dəstəklədiyi qruplardan gələn hər hansı təhlükədən qorumaq üçün lazımi tədbirlər görür.
Qeyd olunub ki, göndəriləcək təyyarələrin sayı hələki dəqiqləşdirilməyib.
Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb və o, Vaşinqtonun İsrailə İrandan müdafiə məsələsində yardım edəcəyinə söz verib.
Töhfə Səməd
tag: ABŞ, İsrail, İran, Təyyarə, Hərbi, todaypress.az,