ABŞ İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq etdi
Dünya
18.11.2024 22:20
ABŞ Maliyyə Nazirliyi İordan çayının qərb
sahilindəki vəziyyətlə əlaqədar üç İsrail vətəndaşı və üç İsrail təşkilatına
qarşı sanksiya tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə nazirliyin
mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, ABŞ-nin sanksiyaları altında olan
şəxslərlə əlaqəsi olduğuna görə “Amana” təşkilatı və onun törəmə şirkəti
“Binyanei Bara” qarşı məhdudiyyətlər tətbiq edilib. ABŞ hakimiyyət orqanlarının
məlumatına görə, bu hüquqi şəxs İordan çayının qərb sahilində əmlakın ələ
keçirilməsi və ya qeyri-qanuni məhrumedilmə işlərində iştirak edir.
Bundan başqa, İsrailin “Eyal Hari Yehuda” təşkilatına və
3 İsrail vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.
Qeyd edək ki, sanksiyalar siyahısına daxil edilmək
ABŞ-dəki aktivlərin dondurulması və ABŞ vətəndaşlarının “qara siyahı”ya düşən
şəxslərlə biznes aparmasının qadağan edilməsi deməkdir.
tag: ABŞ, Rusiya, Sanksiya, İsrail, Qara Siyahı, todaypress.az,