ABŞ İsrail və HƏMAS arasında razılaşmanın mümkünlüyünü açıqladı
Dünya
18.12.2024 08:45
ABŞ İsrail və
HƏMAS arasında fikir ayrılıqlarını aradan qaldıra və Qəzza zolağında atəşkəs
sazişi bağlamağa qadirdir.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat
yayıb.
Agentliyin məlumatına görə, iki ölkə fikir
ayrılıqlarını aradan qaldırmağa və saziş bağlamağa yaxındırlar.
Bundan əvvəl “The Wall Street Journal” qəzeti HƏMAS-ın münaqişənin sona çatmasından
sonra İsrail Müdafiə Qüvvələrinin müvəqqəti olaraq Qəzza zolağında qalması ilə
razılaşdığını yazmışdı.
Aynur TAC
tag: İsrail, Qəzza, HƏMAS, ABŞ, Müharibə, todaypress.az,