ABŞ İraqla qoşunların çıxarılması barədə razılığa gəldi
ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdan çıxarılması ilə bağlı Vaşinqton və Bağdad arasında ilkin razılaşmalar əldə edilib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Proses bir neçə mərhələdə həyata keçiriləcək və ümumilikdə 2026-cı ilin sonuna qədər yekulaşacaq.
Qərb kəşfiyyat orqanlarının mənbələrinə görə, plan birinci ildə yüzlərlə ABŞ hərbçisinin çıxarılmasını nəzərdə tutur. Qalan qüvvələr isə 2026-cı ilin sonuna kimi çıxarılacaq.
Günəş Mərd
tag: Vaşinqton, Bağdad,ABŞ ,İraq, Razılaşma ,todaypress.az,