ABŞ İranla bağlı siyasətini dəyişməlidir
Dünya
22.07.2024 16:50
“Vaşinqton İran qarşı aqressiv siyasətindən əl çəkməlidir”.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
ABŞ-dəki prezident seçkilərinin nəticələrinin İranın xarici siyasətinə necə təsir edəcəyi ilə bağlı suala diplomat belə cavab verib:
“ABŞ-də hansı hökumətin hakimiyyətə gəlməsinin bizim üçün fərqi yoxdur. Önəmli olan Ağ Evin Tehrana qarşı düşmənçilik siyasəti yürütməsidir. Yalnız Amerikanın İrana qarşı düşmənçilik siyasətindən əl çəkməsi vəziyyəti dəyişə bilər” deyə diplomat bildirib.
Günəş Mərd
tag: ABŞ, İran, Vaşinqton, Seçki, Prezident, Ağ Ev, todaypress.az,