ABŞ İranın uranı zənginləşdirməsinə qarşıdır

Dünya

07.05.2025 18:43

12

ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vens bəyan edib ki, Vaşinqton İranın mülki məqsədlərlə nüvə enerjisi proqramına malik olmasına etiraz etmir. 

TodayPress xəbər verir ki, o, bu fikirləri Vaşinqtonda Münhen Təhlükəsizlik Konfransının təşkilatçılığı ilə keçirilən forumda səsləndirib.

Onun sözlrinə görə, 
ABŞ uranın zənginləşdirilməsi proqramına qarşı sərt mövqe tutur. 

"Onların mülki nüvə enerjisi ola bilər. Biz buna qarşı deyilik. Amma nüvə silahı hazırlamağa imkan verən zənginləşdirmə proqramına malik ola bilməzlər. Biz xətti buradan çəkirik".

Türkan İsgəndərli

tag: ABŞ,Vens,İran,Nüvə,todaypress.az,