ABŞ İranın nüvə obyektlərinə hücum edilməyəcəyinə zəmanət vermir
İsrail ABŞ prezidenti Cozef Bayden administrasiyasına İranın iri raket hücumuna cavab tədbiri kimi bu ölkənin nüvə obyektlərinə zərbələr endirməyi düşünmədiyinə dair heç bir təminat verməyib.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Qeyd olunub ki, İsrailin HƏMAS-ın 7 oktyabrda ölkəyə hücumunun ildönümündə cavab addımı atıb-atmayacağını indiki məqamda söyləmək çətindir.
"Biz ümid edirik, amma bildiyiniz kimi, heç bir zəmanət yoxdur"deyə məlumatda bildirilib.
Xatırladaq ki, oktyabrın 4-də Amerika prezidenti Cozef Bayden İsrail hakimiyyətinin İrana mümkün hədəfləri barədə hələ qərar qəbul etmədiyini bəyan edib.
Günəş Mərd
tag: ABŞ, İran ,HƏMAS, Cozef Bayden ,Prezident ,todaypress.az,