ABŞ İranı Trampa sui-qəsd hazırlamaqda ittiham etdi
Dünya
08.11.2024 22:48
ABŞ Ədliyyə Nazirliyi
İranın ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa qarşı sui-qəsd
hazırlaması ilə bağlı ittiham irəli sürüb.
TodayPress xəbər verir ki,
bu barədə qurumun açıqlamasında deyilir.
“Ədliyyə Nazirliyi İranın
Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini
idarə etmək vəzifəsi daşıyan Tehran rejiminin agentini ittiham edib” məlumatda
deyilir.
ABŞ Federal Təhqiqatlar
Bürosunun direktoru Kristofer Rey isə öz növbəsində iddia edib ki, İslam
İnqilabı Keşikçiləri Korpusu ABŞ-də qətllər təşkil etmək üçün guya
cinayətkarlar və muzdlu qatillərlə əlbir olub.
tag: Tramp, ABŞ, İran, Tehran, Ədliyyə Nazirliyi, todaypress.az,