ABŞ İranı seçkilərə müdaxilə etməkdə iddiham etdi
Dünya
20.08.2024 12:38
ABŞ kəşfiyyat rəsmiləri iranlı hakerləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın, hazırkı prezident Cozef Baydenin və Demokratlar Partiyasından namizədliyini irəli sürən ABŞ-nin vitse-prezidenti Kamala Harrisin kampaniyalarına süni müdaxilədə ittiham edib.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, İran qüvvələri nifaq salmağa və demokratik təsisatlara olan inamı sarsıtmağa çalışırlar.
Rəsmi nümayəndələr İslam Respublikasının sosial gərginlikdən müxtəlif yollarla istifadə etmək niyyətində olduğunu vurğulayıblar.
Xatırladaq ki, avqustun 9-da “Microsoft” şirkəti İranla birbaşa əlaqədə olan hakerləri ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir etməkdə ittiham edib.
Töhfə Səməd
tag: ABŞ, İran, Kamala Harris, İslam Respublikası, Microsoft, todaypress.az,