ABŞ İrana qarşı tankerləri sanksiyalar siyahısına daxil etdi
Dünya
20.12.2024 08:23
ABŞ İranla əlaqəyə görə 9 şirkəti və eynisayda
neft tankerinə sanksiya tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı
açıqlamasında deyilir.
Sözügedən şirkətlər İranın neft və neft-kimya
məhsullarının ticarəti ilə məşğul olub.
Maliyyə Nazirliyinin məlumatına görə, bu ticarətdən əldə
olunan gəlirlər İranın nüvə proqramına, ballistik raketlərin yayılmasına dəstək
verir.
tag: ABŞ, İran, Sanksiya, Tanker, Ticarət, todaypress.az,