ABŞ İrana qarşı sanksiyaları genişləndirdi
Dünya
10.09.2024 22:15
Britaniyada
səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken Birləşmiş Ştatların İrana qarşı
yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, o, bu
barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə keçirdiyi birgə
mətbuat konfransı zamanı deyib.
Bundan
əvvəl Vaşinqton administrasiyası İranın "Iran Air” aviaşirkətini
sanksiyalar siyahısına əlavə edib.
Şirkətə
qarşı yeni məhdudiyyətlər onun Rusiya ilə əlaqələri, eləcə də silahların
daşınması ilə bağlıdır.
ABŞ Maliyyə Nazirliyi İranın bir sıra digər İran fiziki və hüquqi şəxslərinə
qarşı da məhdudiyyətlər elan edib.
Bundan əvvəl Almaniya, Fransa və Böyük Britaniyanın da İran Hava Yollarına
qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğu bildirilirdi.
Aynur TAC
tag: İran,Amerika, Sanksiya, Rusiya,todaypress.az,