ABŞ-İran danışıqlarının növbəti raundunun tarixi açıqlandı - YENİLƏNDİ

Dünya

11.05.2025 20:00

16

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının nizamlanması məqsədilə danışıqların növbəti raundu yaxın vaxtlarda keçiriləcək.

TodayPress xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Qeyd edək ki, bu gün Maskatda yüksək səviyyəli dördüncü danışıqlar raundu başa çatıb. Danışıqlar ekspertlərin texniki məsləhətləşmələri ilə paralel şəkildə aparılıb. Tərəflər Oman hakimiyyətinin vasitəçiliyi ilə bilavasitə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

***

16:49

Omanın paytaxtı Maskatda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların növbəti raundu başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “ISNA” məlumat yayıb.

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.

Xatırladaq ki, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə danışıqların ilk raundu aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda baş tutub.

tag: Oman,ABŞ,İran,Vaşinqton,Tehran,todaypress.az,