ABŞ iki Rusiya bankını sanksiyalar siyahısına daxil etdi

Dünya

20.09.2024 07:23

ABŞ Maliyyə Nazirliyi Rusiya vətəndaşı Dmitri Nikulinə, o cümlədən Rusiyanın hüquqi şəxslərinə - “Beynəlxalq Hesablaşma Bankı” MMC, “Timer Bank” ASC və “Stroytreyd” MMC-yə qarşı sanksiyalar tətbiq edib.

TodayPress  xəbər verir ki, bu barədə nazirliyin yaydığı yazılı məlumatda deyilir.

Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin adları çəkilən şəxslərlə iş görməsini qadağan edir.

 

tag: ABŞ, Sanksiya,Rusiya, Dmitri Nikulin,todaypress.az,