ABŞ husilərin hədəflərinə dənizdən raket zərbəsi endirdi

Dünya

22.11.2024 03:23

ABŞ silahlı qüvvələri qiyamçı husi hərəkatı Ənsar Allahın nəzarəti altında olan Yəmənin əl-Hodeydə əyalətinə dənizdən raket zərbəsi endirib.


TodayPress  xəbər verir ki, bu barədə “əl-Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.


Telekanalın yaydığı məlumata görə Qırmızı dənizdə yerləşən ABŞ hərbi gəmiləri ən azı dörd raket atıb.


Onların hədəfi husilərin əyalətin paytaxtından təxminən 90 kilometr cənubda yerləşən əl-Mətina bölgəsindəki obyektləri olub.

 

tag: ABŞ, Husi, Hücum, Hərbi, todaypress.az,