ABŞ husilərin 1100 hədəfini vurdu

Dünya

14.05.2025 13:09

9

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika ordusu martın 15-dən bəri Yəməndəki “Ənsar Allah” (husi) hərəkatına məxsus 1100-dən çox hədəfə zərbə endirib. 

TodayPress xəbər verir ki, bu açıqlamanı Tramp Ər-Riyadda keçirilən ABŞ və Körfəz Əməkdaşlıq Şurası sammitində çıxışı zamanı verib.

Onun sözlərinə görə, husilər artıq bizim ticarət gəmilərinə hücum etməyəcəklərinə söz veriblər.

Qeyd edək ki, husilər daha əvvəl Qırmızı dənizdə İsrail və Qərb ölkələrinə məxsus gəmilərə hücum edirdilər. ABŞ isə bu hücumlara cavab olaraq mart ayından etibarən bölgədə hərbi əməliyyatlara başlayıb.

Türkan İsgəndərli

tag: ABŞ,Husi,Yəmən,Tramp,todaypress.az,