ABŞ husilərə məxsus pilotsuz gəmini vurdu

Dünya

17.08.2024 09:40

ABŞ Qırmızı dənizdə husilərə məxsus pilotsuz gəmini vurub.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. 2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib

tag: ABŞ, Qırmızı Dəniz,Bab əl-Məndəb,Ədən Körfəzi, Gəmi, todaypress.az,