ABŞ hökumətinin borcu artır, dünya iqtisadiyyatı çökəcək?
Dünya
26.11.2024 19:11
ABŞ dövlətinin borcunun sürətlə artması dünya iqtisadiyyatı, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün böyük problemlər yarada bilər.
TodayPress xəbər verir ki, bu barədə “Global Times” (GT) qəzeti yazıb.
Məqalədə adı çəkilən ölkənin dövlət borcunun 36 trilyon dolları aşması diqqətə çatdırılıb. Bu isə ABŞ tarixinin ən pik həddidir.
Qəzet yazır ki, 2024-cü il yanvarın əvvəlində Amerikanın öhdəlikləri 34 trilyon dollara, iyulun sonunda isə bu rəqəm 35 trilyona çatıb. Qəzet qeyd edir ki, 35 trilyon dollardan 36 trilyon dollara qədər artım cəmi üç ay davam edib.
Bu cür sürətlənmiş artım ABŞ Xəzinədarlığına inamı sual altına alır ki, bu da qlobal maliyyə bazarlarında daha yüksək gəlirlərə və dəyişkənliyin artmasına səbəb ola bilər.
Qeyd olunub ki, sosial təminat, müdafiə sahəsi və infrastrukturun inkişafı üçün yaranan xərclər və vergi gəlirləri arasında davam edən disbalans getdikcə daha aydın görünür.
Töhfə Səməd
tag: ABŞ, İqtisadiyyat, Amerika, Maliyyə, Vergi, todaypress.az,