ABŞ hipersəs silahlarını sınaqdan keçirir
Dünya
30.07.2024 09:20
Pentaqon hipersəs silahlarını sınaqdan keçirib.
TodayPress xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
"ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələri bu yaxınlarda Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri bazasında adi hipersəs sistemini sınaqdan keçirməyə başlayıb" Pentaqonun sözçüsü belə deyib.
Müdafiə Nazirliyinin sözçüsü başqa təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, fevral ayında Pentaqon hipersəs silahlarını və döyüş təyyarələrini izləyəcək peyklərin orbitə buraxıldığını elan edib. Hipersəs silahlar atmosferin yuxarı qatlarında səs sürətindən beş dəfə çox sürətlə və ya saatda təxminən 6200 kilometr sürətlə hərəkət edir.
Günəş Mərd
tag: Pentaqon, ABŞ, Hərbi Dəniz Qüvvələri, Florida, Hipersəs, todaypress.az,