ABŞ hərəkətə keçdi – Husilərin PUA-sı məhv edildi

Dünya

18.06.2024 10:19

2687

ABŞ ordusu Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarının dörd radarını zərərsizləşdirib.

TodayPress-in məlumatına görə, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı xəbər yayıb.

“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində dörd radar və bir pilotsuz suüstü aparatını uğurla məhv edib” komandanlığın “X” sosial hesabında yayılan bəyanatında deyilir.

Bundan əlavə, komandanlıq qüvvələri Qırmızı dəniz üzərində husilərə məxsus bir pilotsuz uçuş aparatını zərərsizləşdirib.

tag: ABŞ, Husilər, Yəmən, PUA, todaypress.az,