ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Rusiya sərhədlərini pozdu

Dünya

21.07.2024 13:30

1954

“MiQ-29 və MiQ-31 qırıcıları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52N strateji bombardmançı təyyarəsinin Rusiya dövlət sərhədini pozmasının qarşısını alıb”.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 21-də Rusiyanın Barents dənizi üzərində hava məkanına nəzarət vasitələri Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan hava quurpunu aşkar edib. Vəziyyətin qarşısı alınıb. Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasına yol verilməyib”.

Nazirlik bildirib ki, Rusiya qırıcıları beynəlxalq qaydaları pozmayıb, neytral sular üzərində uçublar.

 

Töhfə Səməd

tag: ABŞ,Rusiya, Hücum, Kiyev, Müdafiə, PUA, todaypress.az,