ABŞ Hərbi Dəniz Qüvvələri döyüş gücünü itirir
ABŞ Hərbi Dəniz Qüvvələri gəmi və şəxsi heyət çatışmazlığı səbəbindən döyüş gücünü itirir.
TodayPress xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Set Kropsi “Wall Street Journal” nəşr üçün yazdığı məqalədə bildirib.
O qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri 2022-ci ildən bəri dənizə yararlı olmayan “10 Ticonderoga” sinifli kreyserini istismardan çıxarıb və 2027-ci ilə qədər daha 12 kreyseri istismardan çıxarmağı planlaşdırır.
Ekspert qeyd edib ki, bu kreyserlər ABŞ Hərbi Dəniz Qüvvələrini hava hücumundan müdafiə ilə təmin etmək üçün əsasdır. Onların istismardan çıxarılması Hərbi Dəniz Qüvvələrinin yerləşdirilmiş raket buraxılış qurğularının sayını azaldacaq və bununla da esmines donanmasının üzərinə daha böyük yük düşəcək.
Kropsinin fikrincə, digər problem kadr çatışmazlığıdır.
Günəş Mərd
tag: ABŞ, Hərbi Dəniz Qüvvələri, Hava Hücumu ,Gəmi, todaypress.az,