ABŞ hərbi anbarları boşaldı
Dünya
17.09.2024 16:45
“ABŞ-dən Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım, Amerikanın silah ehtiyatlarının tükənməsi səbəbindən çətinləşib. Ona görə də boş ordu anbarları Kiyevə dəstək üçün faydasızdır”.
TodayPress xəbər verir ki, bu barədə “CNN” Bayden administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
“Silah və avadanlıq çatışmazlığı o deməkdir ki, Bayden administrasiyasının hələ də Ukrayna üçün silah almağa xərcləməli 6 milyard dolları var, lakin Pentaqonun yetəri qədər təchizatı yoxdur” deyə kanalın həmsöhbətləri bildirib.
Qeyd edilib ki, Vaşinqton Ukraynaya öz fövqəladə ehtiyatlarından silah-sursat göndərə bilməz. Çünki bu, onların döyüş hazırlığını təhlükə altına ata bilər. Qeyd olunub ki, ABŞ həm Ukraynaya tədarük, həm də öz anbarlarını doldurmaq üçün hərbi məhsulların istehsalını kəskin artırıb. Lakin müşahidəçilərin qənaətincə, bu, artan tələbatı tez bir zamanda ödəyə bilməyəcək çoxillik bir prosesdir.
Töhfə Səməd
tag: ABŞ, Silah ,Vaşinqton ,Ukrayna ,Bayden, todaypress.az,