ABŞ HƏMAS rəhbərlərinə qarşı sanksiyalar tətbiq etdi
Dünya
20.11.2024 05:44
ABŞ HƏMAS-ın altı rəhbər üzvünə qarşı sanksiyalar
tətbiq edib.
TodayPress xəbər verir ki, bu
barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Sənədə əsasən, bunların arasında hərəkatın xaricdəki
nümayəndələri və "İzzəddin əl-Qəssam Briqadaları"nın üzvü var. Bundan
əlavə, sanksiya siyahısına HƏMAS-ın maraqları üçün vəsait toplayan və
"Qəzzaya silah qaçaqmalçılığı" ilə əlaqəli şəxslər də daxil edilib.
Bildirilir ki, göstərilən şəxslər terror fəaliyyətinə dəstək
verir və Qəzza sektoruna maddi vəsaitin göndərilməsini əlaqələndirirlər.
tag: ABŞ, HƏMAS, İsrail, Maliyyə, Qəzza, todaypress.az,