ABŞ HƏMAS ilə danışıqlar aparır
ABŞ Qəzzadakı münaqişəni dialoq yolu ilə dayandırmaq üçün Fələstinin HƏMAS hərəkatı ilə dolayı danışıqlar aparır.
TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
Onun sözlərinə görə, HƏMAS Qəzzanı idarə etmək istəyir.
Uitkoff əlavə edib ki, HƏMAS hərbsizləşərsə, o zaman hərəkat Qəzzada qala və anklavın taleyində siyasi qüvvə olaraq iştirak edə bilər.
Qeyd edək ki, martın 18-də İsrail HƏMAS-a qarşı hərbi əməliyyatı bərpa edib.
Türkan İsgəndərli
tag: ABŞ,Qəzza,HƏMAS,İsrail,todaypress.az,