ABŞ Harvardın maliyyəsini 1 milyard dollar da azalda bilər
ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinə ayrılan maliyyə vəsaitini daha 1 milyard dollar azaltmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu haqda “The Wall Street Journal” məlumat yayıb.
Bu qərarın səbəbi kimi universitet rəhbərliyinin kadr və təhsil siyasətində dəyişikliklərə getməkdən imtinası göstərilir.
Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyası xüsusilə Harvardın tibbi araşdırmalar proqramlarının maliyyələşdirilməsini ixtisar etməyə hazırlaşır.
Ağ Ev rəhbərliyinin bu mövqeyi universitetin federal vəsaitlərə çıxışına ciddi təsir göstərə bilər.
Qeyd edək ki, daha əvvəl Tramp administrasiyası Harvard Universitetini vergi güzəştlərindən məhrum etmək niyyətində olduğunu da bəyan etmişdi.
Belə bir addım atılacağı təqdirdə, universitet “qeyri-kommersiya təhsil müəssisəsi” statusunu itirə bilər.
Qiymət Mahir
tag: ABş,Harvard,Maliyyə,Azalma,Todaypress.az,