ABŞ Gürcüstanla birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə saldı

Dünya

06.07.2024 09:00

ABŞ Gürcüstanla birgə keçirilməli olan “Noble Partner” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb.

TodayPress xəbər verir ki, bu barədə Pentaqonun saytında yerləşdirilən məlumatda qeyd olunub.

Bu qərar rəsmi Tiflisin ABŞ-ni Rusiya ilə münasibətləri pozmaqda ittiham etməsi ilə əsaslandırılıb. Eyni zamanda bildirilib ki, təlimlərin təxirə düşməsi ikitərəfli münasibətlərə təsir etməyəcək.

Qeyd edək ki, "Noble Partner" hərbi manevrləri iyulun 25-dən avqustun 6-dək təşkil olunmalı idi.

tag: ABŞ, Gürcüstan, Hərbi təlim, Noble Partner, todaypress.az,