ABŞ Gürcüstandakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq etdi
Dünya
04.10.2024 20:54
ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə
qarşıdan gələn seçkilər ərəfəsində mümkün “spontan etiraz aksiyaları” barədə öz
vətəndaşlarına xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, bununla bağlı səfirliyin
müraciəti yayılıb.
“ABŞ vətəndaşlarına 26 oktyabrda keçiriləcək parlament
seçkiləri ilə əlaqədar Gürcüstanda çoxsaylı insanların toplaşması ehtimalına
görə ehtiyatlı olmağı və diqqətli olmağı xatırladırıq.
Böyük insan kütlələri qeyri-müəyyəndir, xəbərdarlıq
edilmədən aksiya iştirakçılar, hakimiyyət tərəfdarları və polis arasında
qarşıdurmalar, zorakılıq baş verə bilər” ABŞ səfirliyinin müraciətində qeyd
edilib.
Xatırldaq ki, bundan öncə Gürcüstan hakimiyyəti
seçkilərdən sonra Qərbyönümlü QHT-lər tərəfindən təxribatların ola biləcəyi
barədə xəbərdarlıq etmişdi.
tag: ABŞ, Gürcüstan, Xəbərdarlıq, QHT, todaypress.az,