ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır

Dünya

26.08.2024 11:04

“Vaşinqton parlament seçkiləri fonunda Gürcüstandakı vəziyyətdən son dərəcə narazıdır və “rəngli inqilab” təşkil edəcək”.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb. 

“Amerikalılar Gürcüstanda “rəngli inqilab” hazırlayırlar. Ağ Ev oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində vəziyyətin gedişatından son dərəcə narazıdır” deyə bildirilib. 

Əlavə olaraq bildirilib ki, ABŞ “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri ciddi şəkildə artırmağı planlaşdırır.

Töhfə Səməd

tag: Parlament, Seçkilər, ABŞ, Gürcüstan, Ağ Ev, todaypress.az,