ABŞ Gürcüstanda hökumət çevrilişinə hazırlaşır - İDDİA

Dünya

10.08.2024 11:39

ABŞ Gürcüstanda çevriliş etmək üçün ukraynalıları cəlb edə bilər.

TodayPress xəbər verir ki, bu barədə “Qruzinform”un baş redaktoru Arno Xıdırbeqişvili məlumat yayıb.

Bildirilib ki, ABŞ çevriliş etmək üçün iki qrupdan istifadə etməyi planlaşdırır. Bunlardan birincisi sabiq prezidenti Mixeil Saakaşvilinin dəvəti ilə Ukraynaya gedən Gürcüstanın keçmiş təhlükəsizlik işçiləri, eləcə də Ukrayna ərazisindən olan silahlılardır. İkinci qrup isə artıq turist adı ilə Gürcüstana gələn xarici siyasi strateqlərdir.

Həmçinin məlumatda qeyd olunub ki, Gürcüstanda seçkilər oktyabrın 26-da keçiriləcək və ölkədə 2003-cü il ssenarisi üzrə dövlət çevrilişi baş tuta bilər.

Aytac Müşfiq

tag: ABŞ, Gürcüstan, Seçkilər, Ukrayna,Mixeil Saakaşvili, todaypress.az,