ABŞ Gürcüstana kömək edəcək – PENTAQON
Dünya
17.07.2024 18:20
ABŞ əvvəllər planlaşdırılan hərbi təlimlərin ləğvinə baxmayaraq, Gürcüstanla hərbi əməkdaşlığı davam etdirmək niyyətindədir.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.
"Biz Gürcüstanın silahlı qüvvələri ilə işi davam etdirəcəyik və onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsini gücləndirmək yollarını axtaracağıq" deyə Rayder brifinq zamanı bildirib.
Günəş Mərd
tag: ABŞ, Gürcüstan, Hərbi, Təlim, Rayder, todaypress.az,